Yağlara əlavə edilən aşqarlar
Yağlara əlavə edilən aşqarlar — Yağların istismar xassəsini yaxşılaşdırmaq və ya uzunmüddətli saxlamaq üçün sürtkü yağlarına əlavə edilən birləşmələrə aşqarlar deyilir.
Aşqarların effektivliyi onların kimyası ilə müəyyən edilir. Sürtkü yağlarında aşqarların qatılığı mühüm xüsusiyyətlərdən biridir. Sürtkü yağlarında istifadə olunan aşqarların digər əsas xassələri- yaxşı həll olmalı, tərkibin sabitliyi, geniş temperatur diapazonunda saxlama və istismar zamanı buxarlanma dərəcəsi, su ilə yuyulmamaq və hidrolizə məruz qalmamaq; sürtkü ilə qarşılıqlı təsirə məruz qalmamaq, sürtkü yağları ilə materiallar təmasda olmaması (aşqarların özlərinin təsir mexanizminin əsasını belə p-ionlar təşkil etdiyi hallar istisna olmaqla); öz funksiyalarını mövcud vəziyyətdə saxlamaq. Aşqarlar sürtkü yağlarında yaxşı həll olmalıdırlar.
Aşqarlar yüksək və aşağı temperaturlarda sürtünmə səthlərinin yeyilməsini, aşınmasını azaldır. Bu aşqarlara hər ikisi heyvan mənşəli və piylərvə bitki mənşəli yağlar (məsələn, xardal yağı, donuz piyi); yüksək yağ turşuları (məsələn, olein turşusu) və efirlər(məsələn, pentaeritrit və sebatin (C10H18O4) turşunun efiri); tərkibində S [məsələn, kükürdləşdirilmiş spermaçit yağı, bms-(alkilbenzil) disulfid], P (məsələn, trikrezilfosfat), S və P (məsələn, Ba diizooktilditiofosfat, arilditiofosfor turşusunun izobutil efirinin Zn-Ba duzu), N (məsələn, 1-butilbenzotriazol) və s. Sürtkü materiallarında aşqarların qatılığı 0,1–3,0%- dən yüksək olmur.
Təzyiqə qarşı olan aşqarlar — sürtünmə səthlərinin yüksək yükləri altında sürtünmədə və təzyiqdə normal işləməyi təmin edir. Tərkibində S olan birləşmələr təzyiqə qarşı istifadə edilir (məsələn, etilen diizopropilksantat izopropilksantogenat K-nin dixloroetan ilə qarşılıqlı təsirinin məhsuludur); Cl (məsələn, üçxlorsirkə turşunun izobutil efiri, penta- və tetraxlorodifenillərin qarışığı); S və P (məsələn, Zn dialkilditiofosfat) və s.